Neymar 350 milyon avroluq təklifi rədd etdi
Bizi izləyin

İdman

Neymar 350 milyon avroluq təklifi rədd etdi

Fransanın PSJ klubunun braziliya futbolçusu Neymar Madrid “Real”ına keçməkdən imtina edib, çünki o, “Barselona”ya qayıtmaq istəyir.

Publika.az xəbər verir ki, bu haqda Sport.es bildirib.

Mənbə qeyd edir ki, “Real” Neymara illik 45 milyon avro maaş təklif edirdi, transfer üçün isə 350 milyon avro ödəməyə hazır idi.

Mayın sonunda bildirilirdi ki, “Barselona” PSJ-yə yarımmüdafiəçi Osman Dembele və əlavə pul təklif edərək Neymarı qaytarmağa çalışacaq. Fransız KİV-inin məlumatına görə, braziliyalı ilə komanda yoldaşları arasında münasibətlər pisdir. Kilian Mbappenin başçılıq etdiyi qrupun ona qarşı olduğu deyilir.

Xatırladaq ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib. Paris klubu braziliyalı üçün rekord məbləğ - 222 milyon avro ödəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm