Braziliya yığmasının baş məşqçi postu üçün SÜRPRİZ NAMİZƏD
Bizi izləyin

İdman

Braziliya yığmasının baş məşqçi postu üçün SÜRPRİZ NAMİZƏD

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo futbol üzrə Braziliya millisinin baş məşqçisi ola bilər.

"A Bola" nəşri xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının nümayəndələri artıq onunla danışıqlara başlayıblar.

Mourinyoya komanda Titenin rəhbərliyi altında Amerika Kubokunda müsbət nəticə əldə edə bilməyəcəyi təqdirdə müqavilə təklif olunacaq.

Bildirilir ki, portuqaliyalı mütəxəssisin özü yığmadan çox, klubda işləyəmə üstünlük verir, lakin Braziliyada məşqçini razı salmağa çalışırlar.

Mourinyo məşqçilik karyerası ərzində "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" kimi komandaları çalışdırıb.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm