İdman
AVRO-2020 üçün könüllülük proqramına qeydiyyat başlandı - FOTO
“Avro-2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək üç qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də dörddəbir final mərhələsi qarşılaşmasının (4 iyul) təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq.
Publika.az AFFA-ya istinadla xəbər verir ki, bununla əlaqədar iyunun 11-də “Avro-2020” Könüllülər Mərkəzində Avropa çempionatının Bakı şəhəri üzrə könüllülər proqramının təqdimatı keçirilib.
Təqdimatda könüllülər proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, könüllü cəlb olunması prosesi iyunun 11-dən noyabrın 30-dək müddəti əhatə edəcək. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar qazanmaq və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs euro2020.affa.az linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər bir kəs 2019-cu ilin sentyabrında müsahibəyə dəvət ediləcək.
Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir. Qeydiyyatla bağlı suallar [email protected] email ünvanına göndərilə bilər.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ