İdman
Azərbaycan yığması “Tokio-2020” üçün növbəti lisenziya xalları qazandı
Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub.
Publika.az xəbər verir ki, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan Azərbaycan yığma komandası “Tokio-2020” Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.
Yığma komandamızın lideri Elçin Əsədov 172 kilometrlik “Orxan Qazi” turunda finiş xəttini beşinci keçməklə 15,122 kilometrlik “İldırım Bəyazid” yarışında isə səkkizinci olmaqla daha üç xal əldə edib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı