FİFA millimizin reytiniqini açıqladı
Bizi izləyin

İdman

FİFA millimizin reytiniqini açıqladı

FİFA milli komandaların aylıq reytinq cədvəlini açıqlayıb.

Publika.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə iki pillə geriləyib.

Buna səbəb yığmamızın Avro-2020-nin seçmə mərhələsində evində Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesablı məğlubiyyətidir. Millimiz, ümumilikdə, 14 xal itirərək 1188 xalla 110-cu sırada qərarlaşıb. Yığmamız Bəhreyn təmsilçisi ilə eyni pilləni bölüşdürür.

Qeyd edək ki, siyahıya 1746 xalla Belçika başçılıq edir. Fransa 1718 xalla ikinci, Braziliya isə 1681 xalla üçüncüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm