Almanlar qriplə mübarizədə
Bizi izləyin

İdman

Almanlar qriplə mübarizədə

Almanlar qriplə mübarizədə

Dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanmış Almaniya millisinin düşərgəsində həyəcanlı durum yaranıb.

Publika.az xəbər verir ki, yığmanın 7 futbolçusu qripə yoluxub. Məlumatı komandanın baş məşqçisi Yoaxim Löv də təsdiqləyib:

“Otaqlarda daim kondisionerlər işləyir. Bundan əlavə, futbolçular bir şəhərdən digərinə getmək üçün təyyarə ilə də xeyli uçmalı olurlar. Təbii ki, bu da müəyyən fəsadlar törədir. Ümid edirəm ki, bütün futbolçularımız oyuna qədər tam sağlam olacaqlar”.

Qeyd edək ki, Almaniya – Fransa qarşılaşması iyulun 1-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm