Əfsanəvi döyüşçü Azərbaycan pasportu almağın sevincini Publika.Az-la bölüşdü
Bizi izləyin

İdman

Əfsanəvi döyüşçü Azərbaycan pasportu almağın sevincini Publika.Az-la bölüşdü

Əfsanəvi döyüşçü Azərbaycan pasportu almağın sevincini Publika.Az-la bölüşdü

K-1-in əfsanəvi döyüşçülərindən olan Zabit Səmədovun ümumvətəndaş pasportu (xarici pasport) alması barədə məlumat vermişdik. O, bu pasportu almaqla Azərbaycan vətəndaşlığını rəsmən qəbul edib.

Səmədov sosial şəbəkədə yeni pasportunun şəklini də paylaşıb.

Publika.Az-a danışan idmançı Azərbaycan pasportu aldığı üçün sevindiyini bildirib:

“Çoxdandır başqa ölkədə yaşasam da, hər yarışa Azərbaycan bayrağını daşıyaraq çıxıram.

Mən başqa ölkədə olsam da, vətənimin adına döyüşürəm. Bu pasportu almaq mənim üçün vacib idi. Təbii ki, Azərbaycan pasportunu aldığım üçün çox sevinirəm”.

Qeyd edək ki, Zabit Səmədov Gürcüstan vətəndaşıdır, Belarusiyada yaşayır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm