Samboçumuz ermənini məğlub edərək, bürünc medal qazandı
Bizi izləyin

İdman

Samboçumuz ermənini məğlub edərək, bürünc medal qazandı

"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan və Ermənistan samboçuları arasında görüş keçirilib.

Publika.az "Report"a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Mehman Xəlilov və Maksim Manukyan üz-üzə gəlib.

Görüşün əvvəlində Xəlilov rəqibindən bir xal qazanıb. Üstəlik, Manukyan xəbərdarlıq alıb. Lakin sonradan rəqib samboçu da bir xal alaraq, hesabı bərabərləşdirib.

Bununla belə, Xəlilov 2 xallıq fəndlə yenidən önə çıxıb - 3:1. Yekunda isə 9:1 hesabı ilə qalib gələn Xəlilov bürünc medala yiyələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm