• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olundu - FOTO

Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olundu - FOTO

İyunun 22-də Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası keçirilib.

Publika.az xəbər verir ki, tədbir Hindistanın Azərbaycandakı səfirliyi, Klassik Yoqa Məktəbi, “Art of Living”, Yoqa Şahi Studiyası və Soham Yoqa Məktəbi tərəfindən beşinci Beynəlxalq Yoqa Günü münasibətilə təşkil olunub.

Sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, Hindistan-Azərbaycan Assosiasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Bavitlunq Vanlalvavna mərasim iştirakçılarını salamlayıb və onlarla birgə olmaqdan məmnunluq duyduğunu deyib. Bildirilib ki, iyunun 21-i dünyada Beynəlxalq Yoqa Günü kimi qeyd olunur. Bununla əlaqədar Bakı şəhəri ilə yanaşı, regionlarda da müxtəlif tədbirlər keçirilib. Səfir yoqa tədbirlərinin təşkilində dəstək olan şəxslərə minnətdarlığını bildirib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev Hindistanda yaranmış bu qədim idman növünün insanların hərtərəfli inkişafında mühüm rol oynadığını vurğulayıb: “Yoqa ən qədim idman növlərindən biridir və o, insanların hərtərəfli inkişafında mühüm rola malikdir. Yoqanın ölkəmizdə inkişafı insanların mənəvi və fiziki sağlamlığına müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi yay mövsümündə mütəmadi olaraq həftəsonlarında müxtəlif tədbirlər keçirir. Ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, həmçinin konsertlər və rəqs axşamları təşkil edilir. Bu tədbirlər paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı məqsədilə təşkil olunur.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR