Avropada futbol gecəsi – NƏTİCƏLƏR
Bizi izləyin

İdman

Avropada futbol gecəsi – NƏTİCƏLƏR

Avropada futbol gecəsi – NƏTİCƏLƏR

Ötən gecə UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, birinci təsnifat mərhələsində 33 ölkədən olan 78 komanda rəqibləri ilə münasibətlərinə aydınlıq gətirib.

Onların arasında Azərbaycan təmsilçiləri də vardı. Belə ki, "İnter" ilk görüşdə Moldova "Tiraspol"unun qonağı olub və qələbə qazanıb. "Qəbələ" isə avrokuboklardakı debüt oyununda doğma meydanda "Şiroki Briyeq" (Bosniya və Herseqovina) klubuna 2 cavabsız qolla uduzub.

Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq "Neftçi"nin potensial rəqiblərinin görüşündə 5 qol vurulub. Sloveniya "Koper"i Monteneqronun "Çelik" klubunu səfərdə darmadağın edərək, demək olar ki, Azərbaycan kubokunun qalibinə rəqib olacağına şübhə yeri qoymadı.

Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunlarındakı bütün nəticələri təqdim edirik:

Avropa Liqası

Birinci təsnifat mərhələsi (ilk oyunlar)

Jeness (Lüksemburq) - Dandalk (İrlandiya) - 0:2

Slima Uonderers (Malta) - Ferençvaroş (Macarıstan) - 1:1

Şkendiya (Makedoniya) - Zimbru (Moldova) - 2:1

Sioni (Gürcüstan) - Flamurtari (Albaniya) - 2:3

Turnovo (Makedoniya) - Çixura (Gürcüstan) - 0:1

Veris (Moldova) - Liteks (Bolqarıstan) - 0:0

Pünik (Ermənistan) - Astana (Qazaxıstan) - 1:4

Rusenborq (Norveç) - Yelqava (Latviya) - 4:0

Göteborq (İsveç) - Fola (Lüksemburq) - 0:0

Rudar (Sloveniya) - Laçi (Albaniya) - 1:1

Derri Siti (İrlandiya) - Aberistuit Taun (Uels) - 4:0

MÜPA (Finlandiya) - Fuqlarfyordur (Farer adaları) - 1:0

Banqa (Litva) - Slayqo Rovers (İrlandiya) - 0:0

Santos Tartu (Estoniya) - Tromse (Norveç) - 0:7

Qəbələ (Azərbaycan) - Şiroki Briyeq (Bosniya) - 0:2

Çelik (Çernoqoriya) - Koper (Sloveniya) - 0:5

Sillamae Kalev (Estoniya) - Honka (Finlandiya) - 2:1

UE Santa Koloma (Andorra) - Metallurq (Makedoniya) - 0:3

VPS (Finlandiya) - Brommapoykarna (İsveç) - 2:1

Botev (Bolqarıstan) - Libertas (San Marino) - 4:0

Vaduts (Lixtenşteyn) - Kollec Avropa (Cəbəllütariq) - 3:0

Tiraspol (Moldova) - İnter (Azərbaycan) - 2:3

Differdanj (Lüksemburq) - Atlantas (Litva) - 1:0

Eyrbus (Uels) - Hauqesun (Norveç) - 1:1

Torşavn (Farer adaları) - Linfild (Şimali İrlandiya) - 1:2

Çukariçki (Serbiya) - Sent-Culiya (Andorra) - 4:0

Hibernians (Malta) - Spartak (Slovakiya) - 2:4

Split (Xorvatiya) - Mika (Ermənistan) - 2:0

Kayrat (Qazaxıstan) - Kukesi (Albaniya) - 1:0

Vikinqur (Farer adaları) - Dauqava (Dauqavpils, Latviya) - 2:1

Dyosqyor (Macarıstan) - Birkirkara (Malta) - 2:1

Folqore (San Marino) - Buduçnost (Çernoqoriya) - 1:2

Aberdin (Şotlandiya) - Dauqava (Riqa, Latviya) - 5:0

Kruzeyders (Şimali İrlandiya) - Ekranas (Litva) - 3:1

Qlenavon (Şimali İrlandiya) - Hafnarfyordur (İslandiya) - 3:0

Fram (İslandiya) - Nomme Kalyu (Estoniya) - 0:1

Styarnan (İslandiya) - Banqor Siti (Uels) - 4:0

Şirak (Ermənistan) - Şaxtyor (Qazaxıstan) - 1:2

Jelezniçar (Bosniya) - Lovçen (Çernoqoriya) - 0:0

Qeyd edək ki, birinci təsnifat mərhələsinin cavab oyunları iyulun 10-da baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm