İdman
“Nurgün Motors”un sahibi Nuru Əliyevin maxinasiyalarını faş etdilər
“Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru Əliyevin sponsorluq etdiyi “Rəvan” futbol klubunda olan problemlərlə bağlı oxuculara məlumat vermişdik.
Publika.az xəbər verir ki, komandanın qapıçısı Kamal Bayramov mətbuata verdiyi müsahibədə “Rəvan”da ciddi problemlərin olduğunu təsdiqləyib. Bayramov “Futbol+” qəzetinə verdiyi müsahibədə “Rəvan”dakı qeyri-peşəkar idarəçilikdən, maliyyə problemlərindən, vergidən yayınmadan, ikili mühasibatlıqdan danışıb.
Türkiyənin “Girəsunspor” komandasından təklif alan qapıçının tarnsferinin qarşısını “Rəvan” rəhbərliyi bürokratik əngəllər törədərək alıb:
“Mən müqavilə ilə “Rəvan”a məxsusam, bu klubun şərəfini qorumalıyam. Ancaq bunun üçün klub rəhbərliyi öhdəlikləri yerinə yetirməlidir. Verdikləri sözün üstündə dura bilmirlərsə, yaxud pulları yoxdursa, sənədlərimi versinlər, gedib özümə iş yeri tapım. “Girəsunspor” istəyirdi, ora keçməyə də imkan vermədilər. İndi də neçə ayın maaşını vermirlər. Üstəlik, “qal oyna” deyirlər.
Qapıçı “Rəvan”ın ona olan borcunu da açıqlayıb:
“Rəvan”la bir ili 30 min dollara müqavilə bağlamışdım. Bu günə kimi həmin məbləğin cəmisi 22150 dolarını veriblər. Üstəlik, 1400 dolar da mükafatdan borcları qalıb. Hamısı bir yerdə təxminən 10 min dollar edir. Nə mənə olan borclarını, nə sənədimi, nə də başqa kluba keçməyimə icazə verirlər”.
Kamal Bayramov klubun sahibi Nuru Əliyevlə görüşə bilmədiyini bildirib:
“Bəhruz, Samir və Füzuli müəllimlə, hətta mətbuat katibi Şamo bəylə söhbətim olub. Bircə Nuru müəllim qalıb. Onun yanına da girə bilmirəm. Qəbuluna da yazılmışam. İnanmıram ki, onunla görüşümə şərait yaradılsın. Deyəcəklər ki, futbolçudu, şikayətə gəlir. Klub rəsmisi kalkulaytoru qabağına qoyub deyir ki, o pulu sənə verə bilməyəcəyik. Necə yəni verə bilməyəcəksiz? Niyə verməməlisiz?”
Bayramov “Rəvan”da vergidən yayınmaq üçün futbolçularla ikili müqavilə bağlandığını da bildirib:
“Biz azərbaycanlı futbolçuların bədbəxtliyi ondadır ki, müqavilə sənədinə aylıq 80-100 manat yazırlar, biz də imza atırıq. Bədbəxtik, hüquqlarımızı bilmirik, haqqımızı tələb etmirik. “Kişi sözünə” uyub razılaşırıq. Hansı ölkədə belə şey var? Kimə deyirsən adama gülür. Futbolçunu günahlandırmağa nə var ki. Gör bu insanlardan biri oturub fikirləşir ki, “Rəvan”ı elitadan düşürən əsas səbəbkarlar elə biz rəhbərlərik”.
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ