"Qarabağ" "Partizani" ilə sülh bağladı - - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ" "Partizani" ilə sülh bağladı - - (YENİLƏNDİ)

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.

Publika.az xəbər verir ki, məlumatına görə, təmsilçimiz "Partizani"nin qonağı olub. "Selman Stermasi" stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

***

Albaniyada UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Partizani" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Partizani": 12 Hoca (kap.) 2 Belica 7 Cinari 10 Asani 17 Telushi 20 Mala 22 Ibrahimi 23 Hakaj 26 Cordeiro 33 Bitri 90 Mensah

"Qarabağ": 13. Vaqner, 4 Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (kap.), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov

***

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” doğma azarkeşləri qarşısında “ÇFR Kluj”u qəbul edib və qələbə qazanıb.

Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” isə mübarizəyə bu gün başlayacaq. “Köhlən atlar” Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. “Qarabağ” 1-ci mərhələni keçsə, 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Belarus çempionu BATE bu gün Polşa “Pyast”ını, Moldova “Şerif”i isə Gürcüstanın “Saburtalo” klubunu qəbul edəcək.

10 iyul

19:30 Partizani (Albaniya) – Qarabağ (Azərbaycan)
21:00 BATE (Belarus) – Pyast (Polşa)
21:00 Şerif (Moldova) – Saburtalo (Gürcüstan)
22:00 Ferentsvaroş (Macarstan) – Ludoqorets (Bolqarıstan)
22:15 Slovan (Slovakiya) – Sutyeska (Monteneqro)
22:45 Dandalk (İrlandiya) – Riqa (Latviya)
22:45 Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç)
00:00 Valyur (İslandiya) – Maribor (Sloveniya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm