Olimpiya çempionu Ukraynadan bezib Azərbaycanı seçdi
Bizi izləyin

İdman

Olimpiya çempionu Ukraynadan bezib Azərbaycanı seçdi

Olimpiya çempionu Ukraynadan bezib Azərbaycanı seçdi

2008-ci ildə Pekində keçirilən Olimpiadada qızıl medal qazanan ukraynalı idmançı İnna Osipenko-Radomskaya bundan sonra Azərbaycanın şərəfini qoruyacaq.

Publika.az xəbər verir ki, ukraynalı idmançı bu barədə özü məlumat verib:

“Yaxın günlərdə Azərbaycana uçacam və müqavilə bağlayacam. Ukraynada öz hesabıma məşq etməli olurdum. Boş-boş vədlər eşitməkdən səbrim tükəndi. Rio-de-Janeyroda Azərbaycanın şərəfini qoruyacam”.

Qeyd edək ki, 2008-ci ildə qızıl medal qazanan idmançı 2004-cü ilə Olimpiadasında bürünüc, 2012-ci ildə Londonda isə 2 gümüş medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm