Kosta Rikaya fantastik mükafat
Bizi izləyin

İdman

Kosta Rikaya fantastik mükafat

Kosta Rikaya fantastik mükafat

Braziliyada keçirilən dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanan Kosta Rika millisi üçün fantastik mükafat müəyyən olunub.

Publika.az xəbər verir ki, bu mərhələdə Hollandiya ilə qarşılaşacaq Kosta Rika millisi qalib gələcəyi təqdirdə 6 milyon dollar mükafat əldə edəcək.

Kosta Rika millisi qrup mərhələsini birinci pillədə başa vurduğuna və 1/8 finalda Yunanıstana qalib gəldiyinə görə, 14 milyon dollar mükafat əldə etmişdi.

Qeyd edək ki, Hollandiya – Kosta Rika qarşılaşması iyulun 5-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm