“Grand Prix 2019”: Məmmədyarov yarımfinala vəsiqə qazandı
Bizi izləyin

İdman

“Grand Prix 2019”: Məmmədyarov yarımfinala vəsiqə qazandı

Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir finalda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov uğurla çıxış edib.

Publika.az xəbər verir ki, təmsilçimiz polşalı Kriştof Duda ilə klassik şahmatda hər iki partiyanı heç-heçə başa vurduqdan sonra rəqibi ilə tay-brekdə görüşüb və qarşılaşma şahmatçımızın qələbəsi ilə başa çatıb. Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Qran-Prinin nəticələrinə görə ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm