• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Baş məşqçi: Bizi çətin oyun gözləyir

Baş məşqçi: Bizi çətin oyun gözləyir

Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez olur. Ona görə də qələbə qazanmaq üçün oyuna maksimum köklənəcəyik. İlk oyundakı nəticə bizi aldatmamalıdır.

Publika.az xəbər verir ki, bu fikirləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu ilə bağlı təşkil edilmiş mətbuat konfransında səsləndirib.

Təcrübəli məşqçi deyib: “Oyunda maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətinliklər yaratmışdı. Fasiləyədək real qol imkanları vardı, amma Səlahət Ağayev bizi xilas etdi. Sonra da qol imkanları oldu, amma istifadə edə bilmədilər. Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Həm Baqali Dabo, həm də Soni Mustivar bizim üçün vacib futbolçulardır. Soni artıq əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudur. Heç vaxt təslim olmur. Ola bilər ki, sabah heyətdə onu da görərsiniz. Daboda da irəliləyiş var. Həkimlərin tapşırığı ilə bərpa məşqlərini davam etdirir. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz. Hazırda yalnız “Sperantsa” ilə oyunu düşünürəm. Bu mərhələni keçəndən sonra digər mövzular haqqında da düşünəcəyik. Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diktə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşdılar. Düzdür, bəzi səhvlərimiz oldu, amma ilk oyundan razı qaldım. Rəqib baş məşqçinin ilk görüşdən sonra dediklərinə şərh vermək istəmirəm. Əsas odur, gözəl oyun nümayiş etdirib qələbə qazanaq”.

Roberto Bordin ilk oyunda heyətdə olunan dəyişiklik haqında da söz açıb: “Voislav Stankoviçə ilk görüşdə şans verməməyimə gəlincə, qeyd edim ki, komandamızda 6 arxa xətt oyunçusu var. Bunların 4-ü mərkəz, 2-si cinah müdafiəçisidir. Müdafiədə güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütlüyünə şans verim. Bununla belə, bugünkü məşqdən sonra dəyişiklik ola bilər”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR