Dünya Kubokunda maraqlı ziddiyyət
Bizi izləyin

İdman

Dünya Kubokunda maraqlı ziddiyyət

Nyu York Universitetinin iqtisadiyyat professoru Daniel Altman Braziliyada keçirilən futbol üzrə Dünya Kuboku yarışlarında maraqlı ziddiyyət tapıb.

ANS PRESS-in məlumatına görə, bu haqda "Foreign Policy" dərgisi yazıb.

Professor qeyd edir ki, 2014-cü ilin Dünya Kubokunda 56 oyundan sonra hər oyuna orta hesabla 2,8 qol vurulub.

"2010-cu ildə indiki mərhələdə, yəni 56 oyundan sonra - hər oyuna bundan az - 2,2 qol vurulmuşdu. Qolların sayı artdığı vaxt, qapılara zərbələrin sayı son 4 ildə azalıb. 2014-cü ildə qapılara 1513 zərbə endirilib. Bu da 2010-cu ildə 56 oyundan sonrakı 1810 zərbədən xeyli azdır. Bu nə deməkdir? Hücumçuların qabiliyyəti artıb, yoxsa əksinə, müdafiə olunanların qabiliyyəti azalıb?. Ola bilsin ki, hər ikisi düzdür: zərbələrin keyfiyyəti artıb, ancaq müdafiənin keyfiyyəti azalıb", - deyə Nyu York Universitetinin iqtisadiyyat professoru Daniel Altman bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm