İdman
Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurdular - FOTO
Avropa Gənclər Olimpiya Festivalının (EYOF) Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının birinci günündə sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) Azərbaycan milli komandasının dördüncü medalını qazanıb.
Publika.az xəbər verir ki, finalda italiyalı Simone Vinçenzo Piroddu ilə qarşılaşan pəhləvanımız 5:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Bu çəki dərəcəsində bürünc medalları macarıstanlı Benedek Kiss və rusiyalı Maqomedemi Eltemirov qazanıblar.
Qeyd edək ki, Ə.Nəsirov finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə uğradıb.
Beləliklə, güləşçilərimiz Festivalın birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...