• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşdi

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi müəyyənləşdi

Qarabağ"ın avrokuboklardakı növbəti rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, “Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.

“Qarabağ” “Dandolk”u üstələyə bilməyəcəyi halda isə Avropa Liqasının III təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi ilə görüşəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).

Çempionlar yolu

“Makkabi” (Tel-Əviv, İsrail) / "CFR Kluj" (Rumıniya) - “Seltik” (Şotlandiya) / “Nomme Kalyu” (Estoniya)

APOEL (Nikosiya, Kipr) / “Sutyeska” (Monteneqro) - “Dandolk” (İrlandiya) / “Qarabağ” (Azərbaycan)

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan) - “Ferensvaroş” (Macarıstan) / “Valetta” (Malta)

“Srvena Zvezda” (Serbiya) / HİK (Finlandiya) - “Kopenhagen” (Danimarka) / TNS (Uels)

“Maribor” (Sloveniya) / AIK (İsveç) - BATE (Belarus) – “Rusenborq” (Norveç)

Liqa yolu

“Başakşehir” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) / “Viktoriya” (Çexiya)

“Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya)

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)

PSV (Hollandiya) / “Bazel” (İsveçrə) – LASK (Avstriya)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR