“EYOF 2019”: Atletika yarışlarının birinci gününə yekun vuruldu
Bizi izləyin

İdman

“EYOF 2019”: Atletika yarışlarının birinci gününə yekun vuruldu

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının birinci gününə yekun vurulub.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən və 36 ölkədən 641 idmançının qatıldığı yarışlarda Azərbaycan 18 idmançı ilə təmsil olunur.

Festivalın atletika yarışlarının birinci günündə yarışlar iki sessiyada keçirilib. Səhər sessiyasında atletlər 100 və 800 metr məsafəyə qaçış, uzunluğa tullanma və nüvəitələmə növlərində mübarizə aparıblar. Axşam sessiyasında isə 110 metr məsafəyə maneələrlə qaçış, 400 metr məsafəyə qaçış, 10 kilometr məsafəyə idman gəzişi, uzunluğa və hündürlüyə tullanma idman növləri üzrə yarışlar təşkil olunub.

Axşam sessiyasında isə 110 metr məsafəyə maneələrlə qaçış, 400 metr məsafəyə qaçış, 10 kilometr məsafəyə idman yerişi, uzunluğa tullanma və çoxnövçülük idman növləri üzrə yarışlar təşkil olunub.

Atletika üzrə oğlanların mübarizəsində idman yerişi yarışında mükafatçılar müəyyənləşib. İtaliyalı Qabriel Qamba 45 dəqiqə 15 saniyəlik nəticə ilə birinci olub. Gümüş medala İspaniya təmsilçisi Paul Makqrat (45 dəqiqə, 51 saniyə), bürünc medala isə türkiyəli Mustafa Tekdal (46 dəqiqə 6 saniyə) layiq görülüblər.

Oğlanlar arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışında finala Mark Pap (Macarıstan), Kristian Reboldi (İsveçrə), Moritz Mainka (Almaniya), Tomas Oberndorfer (Çexiya), Mario Revenqa (İspaniya), Samuele Maffezzoni (İtaliya), Oskar Lucki (Polşa) və Priel Rada (İsrail) vəsiqə qazanıblar.

Qızların 100 metr məsafəyə qaçış yarışında qrup mərhələlərində ən yaxşı nəticə göstərən 8 nəfər finala yüksəlib. Beləliklə, bu yarışın finalında Mariam Oulare (Belçika), Rasidat Adeleke (İrlandiya), Çeyenne Kuhn (Almaniya), Yohanna Kilmanen (Finlandiya), Zala İstenik (Sloveniya), Polyniki Emmanouilidou (Yunanıstan), Viktoriya Forster (Slovakiya) və Eva Kubickova (Çexiya) medallar uğrunda mübarizə aparacaqlar.

Qızlar arasında 400 metr məsafəyə qaçış yarışında 8 atlet finala vəsiqəni təmin edib. Liefde Skoemaker (Belçika), Lakeri Ertzqaard (Norveç), Karmen Aviles (İspaniya), Olesya Soldatova (Rusiya), Stela Konstantinidou (Yunanıstan), Darya Karpoviç (Belarus), Kornelia Leşieviz (Polşa) və Lea Ammann (İsveçrə) finalda qüvvələrini sınayacaqlar.

Uzunluğa tullanma növündə 13 atlet finalda qızıl medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Qızların 100 metr məsafəyə qaçış, oğlanların 110 metr məsafəyə maneələrlə qaçış və uzunluğa tullanma üzrə yarışların final mərhələsi iyulun 23-də keçiriləcək. Qızların 400 metr məsafəyə qaçış yarışının finalı isə iyulun 24-də təşkil olunacaq. Ümumilikdə isə atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm