İdman
“EYOF Bakı 2019”: medal siyahısına Azərbaycan millisi başçılıq edir
İyulun 22-də - “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 16 ölkənin idmançıları medal qazanıblar.
Publika.az xəbər verir ki, iki günün nəticələrinə əsasən medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir. Komandamızın aktivində 10 medal – 4 qızıl, 4 gümüş və 2 bürünc medal var.
Medalların hamısını komandamıza güləşçilərimiz qazandırıblar. Belə ki, yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.
Hesabında 3 qızıl və 1 bürünc medal olan İtaliya seçməsi ikinci sırada qərarlaşıb. Üçüncü pillədə isə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla Rusiya yığması yer alıb. İlk beşlikdə sonrakı yerləri Türkiyə (1-1-1) və Rumıniya (1-1-0) seçmələri tamamlayırlar.
Festivala iyulun 27-də yekun vurulacaq.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama