Məmmədyarov çempionluq şansından yararlana bilmədi
Bizi izləyin

İdman

Məmmədyarov çempionluq şansından yararlana bilmədi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran-prisində çempionluq şansını ən azı bu günlük əldən verib.

Publika.az xəbər verir ki, 34 yaşlı qrossmeyster final mərhələsinin ikinci turunda fransalı Maksim Vaşye-Laqrava məğlub olub - 0:1.

Məmmədyarov birinci görüşdə rəqibini məğlub edib və turnirdə çempion olmaq üçün ikinci dueldə ona heç-heçə də bəs edirdi. Riqadakı Qran-prinin qalibi üçüncü - həlledici görüşdən sonra bəlli olacaq. Bu duel isə iyulun 24-də baş tutacaq.

Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm