“EYOF Bakı 2019”: cüdoçularımızın rəqibləri müəyyənləşdi
Bizi izləyin

İdman

“EYOF Bakı 2019”: cüdoçularımızın rəqibləri müəyyənləşdi

Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.

Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, püşkatma mərasimində Avropa və Azərbaycan Cüdo federasiyalarının rəsmiləri, yeniyetmələrdən ibarət milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 4 qız və 8 oğlan idmançısının ilk rəqibləri müəyyənləşib.

Qızlar arasında yarışlarda səkkizdəbir finalda Gülşən Bəşirova (44 kq) Mariya Qonzales (İspaniya), Səbinə Əliyeva (52 kq) Raquel Brito (Portuqaliya) ilə, on altıdabir finalda Aytac Qardaşxanlı (57 kq) Erika Vauhkonen (Finlandiya), səkkizdəbir finalda Nərmin Əmirli (70 kq) Yael Van Hemstlə (Hollandiya) mübarizə aparacaq.

Oğlanların yarışında səkkizdəbir finalda İsmayıl Qənbərli (50 kq) Sergey Mastriukov (Rusiya), on altıdabir finalda Şükran Zamanlı (55 kq) Migel Gaqo (Portuqaliya), Turan Bayramov (60 kq) Kote Kapanadze (Gürcüstan) - Adam Safer (Avstriya) cütünün qalibi, səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Pijus Mikalauskas (Litva) - Elguja Şinçaraşvili (Gürcüstan) qarşılaşmasının qalibi, Vüqar Talıbov (73 kq) Cianis Yauseyenka (Belarus) - Mustafa Həbib (Bosniya) cütünün qalibi, on altıdabir finalda Məhərrəm İmamverdiyev (81 kq) Vlad Topala (Rumıniya), Ruslan Nəsirli (90 kq) Borislav Vladov (Bolqarıstan), səkkizdəbir finalda Hüseyn Məmmədov (+90 kq) Daniel Udsilauri (Almaniya) ilə qarşılaşacaqlar.

Proqrama əsasən, iyulun 24-də qadınlar 40, 44 və 48 kiloqram, oğlanlar 50, 55, 60 kiloqram, iyulun 25-də qızlar 52, 57 və 63 kiloqram, oğlanlar 66 və 73 kiloqram, iyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.

Qeyd edək ki, festivala 40 ölkədən 297 cüdoçu qatılacaq. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq cüdo yarışlarına saat 10:30-da start veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm