Çempionlar Liqasının növbəti turu - "Qarabağ" səfərdədir
Bizi izləyin

İdman

Çempionlar Liqasının növbəti turu - "Qarabağ" səfərdədir

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Publika.az xəbər verir ki, Ağdam klubu Dublində "Dundalk"ın qonağı olacaq. İrlandiya çempionu ilə görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.

1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası bu rəqibi də keçmək niyyətindədir. Bunun üçün "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Bartos Frankovski (Polşa)

Dublin, "Oriel Park" stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm