Braziliya millisi yarımfinalda
Bizi izləyin

İdman

Braziliya millisi yarımfinalda

Braziliyalıların oyunun birinci hissəsində qazandıqları üstünlüyü fasilədən sonra da qoruyub saxlaya biliblər. İkinci hissədə David Luiz Braziliyanın 2-ci qolunu Kolumbiyanın qapısından keçirib:2-0. Rodriqez matçın 80-ci dəqiqəsində hesab arasındakı fərqi azaldıb: 2-1. Nəticədə Braziliya Kolumbiya üzərində 2-1 hesablı qələbə qazandı və yarımfinala çıxıb.

01:43

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.
Publika.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 01.00-da başlayan Braziliya - Kolumbiya matçının artıq birinci hissəsi başa çatıb, hesab 1-0 braziliyalıların xeyrinədir.

Qolu oyunun 7-ci dəqiqəsində Thiago Silva vurub.

Qeyd edək ki, bu matçı İspaniyadan olan referi Karlos Velasko idarə edir.

Artıq Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/2 finala vəsiqə qazanan ilk komandanın adı bəlli olub. Bu, Fransanı 1-0 hesabı ilə məğlub edən Almaniya millisidir. Almaniya növbəti mərhələdə Braziliya - Kolumbiya cütlüyünün qalibi ilə görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm