"Azərbaycan sabitlik və inkişaf ölkəsidir" - Məşhur kikboksçu
Bizi izləyin

İdman

"Azərbaycan sabitlik və inkişaf ölkəsidir" - Məşhur kikboksçu

Azərbaycanın bir sıra idman yarışlarına ev sahibliyi etməsi onun beynəlxalq nüfuzundan xəbər verir.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov ölkəmizdə təşkil edilən beynəlxalq yarışlarla bağlı danışarkən deyib.

O, sözlərinə belə davam edib: “Bir idmançı kimi əldə olunan uğurlarla qürur duyuram. Ölkəmiz tanınır, beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Dünya arenasında qazandığımız uğurlar, beynəlxalq yarışların ölkəmizdə təşkili dövlətimizin artan nüfuzundan xəbər verir. Dünya liderləri tərəfindən birmənalı şəkildə qəbul olunur ki, Azərbaycan sabitlik və inkişaf ölkəsidir. Ölkədə idmanın müxtəlif sahələri inkişaf edir. Fəxr edirəm ki, üçrəngli bayrağımızı zirvərlərə qaldırıb vətənimi ləyaqətlə, şərəflə təmsil edirəm. Bir idmançı üçün bundan qürurlu heç nə ola bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm