İdman
EYOF: Azərbaycan cüdoçusu qızıl medal qazandı
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə rusiyalı Axmed Maqomadovla üz-üzə gəlib. Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb.
81 kq-dakı Məhərrəm İmamverdiyev isə bürünc medal əldə edib. O, üçüncü yer uğrunda dueldə israilli İftaç Badaşdan güclü olub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları əvvəlki iki gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. Beləliklə, çüdoçular fərdi mübarizədə EYOF-u 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
İyulun 27-də cüdo idman növündə komanda yarışları baş tutacaq.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...