İdman
XV Avropa Gənclər Olimpiya Festivalında altıncı gün - MEDAL SİYAHISI
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında altıgünlük idman mübarizəsinin yekununda 37 ölkənin təmsilçiləri medal qazanıblar.
Publika.az xəbər verir ki, altı günün nəticələrinə əsasən siyahıya aktivində 58 (25 qızıl, 14 gümüş və 19 bürünc) medal olan Rusiya komandası başçılıq edir.
Festivalda uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci pillədə qərarlaşıb. Yığma komandamızın aktivində 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 23 medal var. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular komandamızın aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.
Festivalda medal siyahısında üçüncü pillədə 10 qızıl, 5 gümüş və 9 bürünc medal qazanan Türkiyə yığma komandası qərarlaşıb. Böyük Britaniya 22 (8-12-2) medalla dördüncüdür. Britaniya yığması ilə eyni sayda medal qazanan İtaliya (7-9-6) beşinci, Ukrayna (6-6-10) altıncı yerdə qərarlaşıblar. İlk onluqda digər pillələrdə Polşa (5-2-6), Belarus (5-1-6), Rumıniya (4-5-3) və Fransa (3-7-12) komandaları yer alıblar.
-
Sosial22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...