"Neftçi"dən darmadağın, "Qəbələ" isə... - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Neftçi"dən darmadağın, "Qəbələ" isə... - YENİLƏNDİ

89-cu dəqiqədə "Neftçi" penalti zərbəsi ilə hesabı 2-0 etdi. Mamadu Mbodj isə əsas hissəyə əlavə olunmuş vaxtın 3-cü dəqiqəsində darmadağını rəsmiləşdirir: 3-0.

"Qəbələ" isə daha 2 qol buraxaraq (88 və 90+3) Avropa Liqasında mübarizəni dayandırır.

***

22:30

"Qəbələ" 69-cu dəqiqədə Levan Şengeliyanın vurduğu qolla hesabda geri düşdü: 1-0

***

22:05

"Neftçi" 49-cu dəqiqədə Rauf Əliyevin qolu ilə hesabı açdı: 1-0.

***

21:00

"Neftçi" - "Arsenal" və "Dinamo" - "Qəbələ" oyunları başladı.

***

19:50

"Neftçi" və Rusiyanın "Arsenal" komandalarının UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün start heyətləri açıqlanıb.

Publika.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Neftçi": 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93.Soni Mustivar

"Arsenal": 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (K), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov

Qeyd edək ki, qarşılaşma bu gün saat 21:00-da başlayacaq. "Neftçi" Tulada baş tutan ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.

Gürcüstanın paytaxtı Tbilisidə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Dinamo" və "Qəbələ"nin start heyətləri açıqlanıb.

Komandalar qarşılaşmaya aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Dinamo": 1. Xose Perales, 3. Viktor Monxil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutaliya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze

"Qəbələ": 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 11. Asif Məmmədov, 13. Kristian Kuaku, 21. Fernan Lopez, 77. Merab Qiqauri

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm