“Qarabağ” Kipr polisinə müraciət etdi - Erməni TƏXRİBATI - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

“Qarabağ” Kipr polisinə müraciət etdi - Erməni TƏXRİBATI - (YENİLƏNDİ)

"Qarabağ” APOEL-lə bu gün keçiriləcək oyunda mümkün təxribatların qarşısını almaq üçün Cənubi Kipr klubuna müraciət edib.

Bu haqda qol.az saytına Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

Əsgərovun sözlərinə görə, ötən həftə APOEL-ə və klub vasitəsi ilə Cənubi Kipr polisinə ünvanlanan müraciətdə stadiona Dağlıq Qarabağın separatçı rejiminin bayrağının buraxılmaması xahiş olunub.

"Bizə bildirildi ki, tribunada Yunanıstanın bayrağı olacaq. Bunu normal qəbul edirik. Azərbaycan klublarının da oyunlarında Türkiyənin bayrağı açılır. Tanınmayan, qondarma respublikanın bayrağı isə stadiona buraxılmayacaq. Ola bilər, kimsə gizli şəkildə "bayrağı” tribunaya keçirsin. Amma görünən kimi, oradan yığışdırılacaq. Bununla əlaqədar görüşümüz olub və bizə vəd edilib ki, həm bu, həm də digər təxribatların qarşısı alınacaq” – deyə klub rəsmisi bildirib.

O, "Qarabağ”ın APOEL-lə münasibətlərinin normal olduğunu deyib: "Biz mümkün təxribatın qarşısını almaq üçün zəmanət almışıq”.

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

***

14:26

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL ilə Kiprdə keçirəcəyi ilk oyun ərəfəsində erməni təxribatı ilə üzləşib.

Kiprdəki Erməni Milli Komitəsi reallıqdan uzaq, tarixi faktların təhrif oldunduğu, saxta məlumatların yer aldığı bəyanat yayıb.

Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm