Azərbaycanın beş güləşçisi Tbilisi Qran-prisinin finalına yüksəldi
Bizi izləyin

İdman

Azərbaycanın beş güləşçisi Tbilisi Qran-prisinin finalına yüksəldi

Avqustun 7-də Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri start götürüb.

Publika.az xəbər verir ki, birinci yarış günündə sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) və Şamil Zubairov (92 kq) finala yüksəliblər. Pərviz İbrahimov (61 kq) ilə Rəşad Yusifli (79 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Yunan-Roma güləşçilərimiz isə maksimum nəticəyə imza atıb. Belə ki, yığmamızın xalçaya çıxan hər üç üzvü finala vəsiqə qazanıb. Ölkəmizi 63 kiloqram çəki dərəcəsində təmsil edən Murad Məmmədovla Elman Muxtarov finalda üz-üzə gələcəklər. Digər finalçımız isə İslambek Dadovdur (72 kq).

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları bu gün keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm