Qadınların stadona girişi ilə bağlı YENİ QƏRAR
Bizi izləyin

İdman

Qadınların stadona girişi ilə bağlı YENİ QƏRAR

İran qadınların stadiona buraxılması ilə bağlı FİFA-nın göndərdiyi müraciəti rədd edib.

Publika.az xəbər verir ki, bu barədə İranın Baş prokuroru Məhəmməd Cəfər Müntazəri danışıb.

ISNA-nın xəbərinə görə, Müntazəri FİFA-nın çağırışı ilə bağlı bunları deyib: “FİFA qadınların stadiona girişinə icazə verilməyəcəyi təqdirdə İranın yarışlardan kənarlaşdırılacağını deyir. Qadınların stadiona girib-girməməsi FİFA-nı niyə maraqlandırır? Bu təkidləri elə-belə qəbul etməyin. FİFA-nın təkidlərinin arxasında İranın düşmənlərinin ölkəyə mədəni nüfuz cəhdləri dayanır. Əlimizdəki dəqiq kəşfiyyat bilgiləri düşmənlərin müxtəlif sahələrdə və müxtəlif vasitələrlə gənclərimizə, insanlarımıza, qızlarımıza şiddətli şəkildə hücvum etdiyini göstərir”.

İran prezidenti Həsən Ruhaninin İnsan Hüquqları üzrə məsləhətçisi Laya Cüneydi isə bir neçə gün öncə verdiyi açıqlamada hökumətin qadınların stadiona girişini dəstəklədiyini açıqlamışdı. Bildirmişdi ki, bu məsələdə heç bir qanuni qadağa yoxdur.

Qeyd edək ki, FİFA prezidenti Covanni İnfantiona İranın ən gec 1 iyula qədər qadınların matçlara gedə bilməsi üçün lazımi işləri görməsini tələb etmişdi.

İran sentyabrda başlayacaq 2022 FİFA Dünya Çempionatı seçmə mərhələlərinə qədər 40 ildir var olan qadağanı aradan qaldırmasa, FİFA tərəfindən müsabiqələrdən kənarlaşdırılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm