Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
Bizi izləyin

İdman

Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib.

Publika.az-ın məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final görüşü sabah keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm