İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazandı
Bizi izləyin

İdman

İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazandı

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Bu gün güləşçilərimiz daha iki medal qazanıb. İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) isə qırğız Kayratbek Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.
Qeyd edək ki, bununla da "Qran-pri"də medallarımızın sayı 8-ə çatıb (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm