"Qarabağ" çox yaxşı komanda olsa da... - Pavloviç
Bizi izləyin

İdman

"Qarabağ" çox yaxşı komanda olsa da... - Pavloviç

“İlk matç yaxşı oldu. Ancaq əminəm ki, daha yaxşı çıxış edə bilərik”.

Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in futbolçusu Andriya Pavloviç Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyuinu öncəsi keçirilən mətbuat konfransında deyib.

26 yaşlı hücumçu bildirib ki, rəqib çox yaxşı komanda olsa da, sabah qələbə qazanmağa çalışacaqlar: "Oyun keyfiyyətimizi daha artıra bilərik. Burada müsbət nəticə əldə etmək istəyirik. Bakıya 3-cü dəfədir gəlirəm. İlk səfərim "Çukariçki" ilə olub. "Kopenhagen"nin heyətində burada çətinlik çəkdik. Ancaq sabahkı matçda özümüzə, keyfiyyətlərimizə inanmalıyıq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda sabah keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq. "Qarabağ" Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm