"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO (YENİLƏNDİ)

Matç APOEL-in 2-0 hesablı qələbəsi ilə başa çatır. Rəqib Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanır. "Qarabağ" isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

***

21:52

APOEL Uroş Matiçin qolu ilə 68-ci dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırır: 0-2

***

21:04

34-cü dəqiqədə APOEL Tomas De Vinsentinin penalti zərbəsində vurduğu qolla hesabı açır: 0-1.

***

20:30

"Qarabağ" - APOEL matçı başladı.

***

19:25

"Qarabağ" və Kiprin APOEL komandasının UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunu üçün start heyətləri açıqlanıb.

Publika.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Qarabağ": 13. Vaqner, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Míçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli, 14, Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda

APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrens, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas Yannu, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma bu gün saat 20:30-da başlayacaq. Nikosiyadakı matç “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

***

09:00

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edəcək.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. “Atlılar” APOEL-i mübarizədən kənarlaşdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.

13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu


20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr)
Hakimlər:
Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm