"Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edəcək
Bizi izləyin

İdman

"Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edəcək

"Qarabağ" Azərbaycan Premyer Liqasında ilk turun "Keşlə" ilə səfər oyununu təxirə saldırmaq üçün Peşəkar Futbol Liqasına müraciət edəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

O, görüşün bir gün sonraya keçirilməsini xahiş edəcəklərini diqqətə çatdırıb. Qurbanov bunu avqustun 22-də nəzərdə tutulan Avropa Liqasının ilk pley-off matçına hazırlıq üçün daha çox vaxt qazanmaq istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, "Qarabağ"ın istəyi müsbət cavablandırılsa, çempionat avqustun 16-da yox, 17-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm