İdman
AFFA yeni liqa təsis etdi
AFFA-nın təsis etdiyi yeni liqada oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək.
2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq.
U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək. Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq.
Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq. Əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.
Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.
Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır. (Trend)
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL