İdman
Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər məlum oldu
"Sərhədçi" Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasında Publika.az-a verilən məlumata görə, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb. Birinciliyin son günündə oğlanlar və qızlar arasında səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qızların yarışında Səbinə Qədirova (52 kq), Diana Şoranova (63 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) oğlanların mübarizəsində isə Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?