İdman
Zaur Əliyev dünya çempionatında gümüş medal qazandı
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısıyla üz-üzə gələn Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub. Pəhləvanımız avqustun 17-də baş tutan həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medalı boynundan asıb.
Zaur Nuriyev 1/8 finalda ABŞ pəhləvanına yenilib.
Nəsir Həsənov ilk mərhələdə Belarus güləşçisinə uduzub.
Laçın Vəliyev debütdə gənclər arasında Avropa ikincisi olmuş Macarıstan pəhləvanına müqavimət göstərə bilməyib.
Sərxan Məmmədov üçün də start uğursuz alınıb. Həmyerlimiz təsnifat mərhələsində misirli rəqibiylə bacarmayıb.
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ