"Səbail" yeni mövsümə qələbə ilə başladı
Bizi izləyin

İdman

"Səbail" yeni mövsümə qələbə ilə başladı

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir.

Publika.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

"Səbail" "Zirə"ni qəbul edib. "ASCO Arena"a keçirilən görüşdə Aftandil Hacıyevin komandası minimal hesabla qalib gəlib. Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib - 1:0.

Qeyd edək ki, açılış turunun 2 oyununda qonaqlar qələbə qazanıb. "Qarabağ" "Keşlə"ni 1, "Sumqayıt" isə "Qəbələ"ni 2 cavabsız qolla məğlub edib. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə” - 1:0
Qol:
Yevgeni Koçuk, 79-pen (1:0)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
“ASCO Arena”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm