"Puşkaş" mükafatına namizəd qolların siyahısı açıqlandı
Bizi izləyin

İdman

"Puşkaş" mükafatına namizəd qolların siyahısı açıqlandı

FIFA "Ferents Puşkaş" mükafatına namizəd qolları açıqlayıb.

Mükafata namizədlər siyahısında Daniel Jori ("Debretsen", Macarıstan), Lionel Messi ("Barselona", İspaniya), Zlatan İbrahimoviç ("Los-Anceles Qelaksi”, ABŞ), Endros Taunsend ("Kristal Pelas", İngiltərə), Fabio Kvalyarella ("Sampdoriya", İtaliya), Xuan Kintero ("River Pleyt", Argentina), Mateus Kunya ("Leyptsiq", Almaniya) kimi oyunçuların qolları yer alıb.

Namizədlər arasında həmçinin üç qadın futbolçunun qolu da var. Bunlar Adjara Nçut (Kamerun millisi), Emi Rodriqes ("Yuta Royals", ABŞ), Billi Simpsonun (Şimali İrlandiya millisi) dəqiq zərbələridir.

Siyahı tərtib olunarkən 2018-ci il 16 iyuldan 2019-cu il 19 iyuladək vurulan qollar nəzərə alınıb.

Qeyd edək ki, "Ferents Puşkaş" mükafatı üçün səsvermə azarkeşlər arasında aparılacaq və sentyabrın 1-də başa çatacaq.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm