İdman
Pley-off oyunu öncəsi “Qarabağ”da CİDDİ İTKİ
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şimali İrlandiyada “Linfild”in qonağı olacaq “Qarabağ” heyətlə bağlı problemlə üzləşib.
Bu barədə “Report”a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, Ağdam təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüblər.
Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları dəqiqdir. Üstəlik, cinah müdafiəçiləri – Maksim Medvedevlə Ailton Silva Premyer Liqanın I turunda “Keşlə” ilə matçda zədələniblər. Dayaq yarımmüdafiəçisi Simeon Slavçev isə məşqdə xəsarət alıb. Bu üç futbolçunun meydana çıxması sual altındadır.
Qeyd edək ki, avqustun 22-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ