“Qarabağ” məğlubiyyətlə qayıdır - YENİLƏNDİ (VİDEO)
Bizi izləyin

İdman

“Qarabağ” məğlubiyyətlə qayıdır - YENİLƏNDİ (VİDEO)

Maqaye Qeye əsas vaxta əlavə olunmuş vaxtda penaltidən fərqləndi: 3-2. Matç 3-2 hesabı ilə Şimali İrlandiya təmsilçisinin xeyrinə başa çatır.

***

00:17

Şeyn Leyveri 75-ci dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırdı: 3-1.

***

22 avqust 23:33

"Linfild" birinci hissəyə əlavə olunmuş vaxtda Şeyn Leyveri ilə hesabda önə keçdi: 2-1.

***

23:28

40-cı dəqiqədə "Linfild" hesabı bərabərləşdirdi. Ev sahiblərinin heyətində Mark Stafford fərqləndi: 1-1.

***

23:00

15-ci dəqiqədə "Qarabağ" Faysal Rerrasın qolu ilə hesabı açdı: 1-0.

***

22:46

"Linfild" - “Qarabağ” matçı başladı.

***

21:51

Avropa Liqasının pley-off mərhələsində Bakı vaxtı ilə saat 22:45-də başlayacaq "Linfild" (Şimali İrlandiya) - “Qarabağ” ilk matçı üçün heyətlər açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment

Ehtiyat oyunçular: 40. Mur, 3. Larkin, 7. Uoteruort, 10. Styuart, 12. Millar, 17. Krins, 23. Makqivern,

"Qarabağ": 13. Vaqner da Silva, 23. Faysal Rerras, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 8. Miçel, 17. Abdullah Zubir, 9. Xayme Romero, 11. Mahir Əmrəli

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Ailton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Maqaye Qeye

***

08:15

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu Şimali İrlandiya səfərində “Llinfild”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


22 avqust

Avropa Liqası


Pley-offun llk oyunları

22:45."Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim
: Dandro Şener (Usveçrə)
"Vindsor Park". Belfast

Oxumağa davam et
Reklam
Reklam

Gündəm