"Formula 1" 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yaydı
Bizi izləyin

İdman

"Formula 1" 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yaydı

"Formula 1"-in mətbuat xidməti 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb.

Publika.az xəbər verir ki, yeni bolidin “Zauber” aerodinamik borusunda ilk sınaqları cari ilin iyul ayında, Almaniya Qran-Prisindən əvvəl təşkil olunub. Testləşdirmələr tam məxfi şəraitdə keçirilib.

Hələ yanvar ayında keçirilən ilk sınaqlarda bolidin 60 faizi 2018-ci ilin maşınının hissələrindən ibarət idi. İkinci testlər mart ayında yerinə yetirilib.

2021-ci ilin bolidinin işlənib hazırlanmasında ötmə əməliyyatı üçün şəraitin yaradılmasına xüsusi diqqət ayrılıb. Bununla bağlı ideya müəllifləri bolidlərin bir-birinin ardınca getməsinə şərait yaratmaqdan ötrü avtomobildən sonra qalan “çirkli” aerodinamik axının aşağı salınmasına çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm