Qurbanov: Bu futboldur, bunlara da hazır olmalıyıq
Bizi izləyin

İdman

Qurbanov: Bu futboldur, bunlara da hazır olmalıyıq

Futbolda nadir hallarda belə şeylər olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyada "Linfild"ə uduzduqları (2:3) Avropa Liqasının "play-off" mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib qol epizodlarından yox, standart vəziyyətlərdən fərqlənib:

“Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq" (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm