Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək
Bizi izləyin

İdman

Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanın paytaxtı Bakı ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcəkdir.

Publika.az-ın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) saytına istinadən verdiyi məlumata görə, akrobatik gimnastika üzrə dünya çempionatı 2022-ci ildə keçiriləcək.

Bildirilir ki, gimnastika üzrə təqvimə gəldikdə, Azərbaycan seçim yeri olaraq qalır:

"2019-ci il bədii gimnastika üzrə dünya çempionatından, 2020-ci il aerobika gimnastikası üzrə dünya çempionatından və 2021-ci il tamblinq üzrə dünya çempionatından sonra Bakıda ilk dəfə Milli Gimnastika Arenasında 2021-ci ildə akrobatik gimnastika üzrə dünya çempionatı keçiriləcək".

Qeyd edilir ki, 2-7 mart tarixlərində şəhərdə çempionatdan əvvəl yaş qrupları arasında dünya yarışları keçiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm