"Beşiktaş"dan böyükhesablı qələbə - VİDEO
Bizi izləyin

İdman

"Beşiktaş"dan böyükhesablı qələbə - VİDEO

Avqustun 23-də futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ikinci turun oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ötən tur səfərdə "Sivasspor"a məğlub olan İstanbulun "Beşiktaş" komandası öz meydanında “Göztəpə”ni qəbul edib.

Baş hakim Ali Palabıyıkın idarə etdiyi qarşılaşmada İstanbul təmsilçisi rəqibin qapısından üç cavabsız top keçirib.

"Ağ-qaralar"ın üstünlüyü və hücumları şəraitində keçən matçda meydan sahiblərinin heyətində Güven Yalçın, (45) Caner Erkin (54) və Adem Lyayic (59) fərqləniblər.

Beləliklə, Abdulla Avcının yetirmələri mövsümün ikinci oyununda qalib gələrək aktivilərinə ilk üç xalı yazdırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm