“Hafka”nın sağ əli olduğu deyilən şəxs ittiham dolu müraciət yaydı
Bizi izləyin

İdman

“Hafka”nın sağ əli olduğu deyilən şəxs ittiham dolu müraciət yaydı

“Hafka”nın sağ əli olduğu deyilən şəxs ittiham dolu müraciət yaydı

“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun əsas səhmdarı olduğu Fransanın "Lans" klubunda da işləri qaydasında getmir.

Publika.az xəbər verir ki, “Hafka”nın bununla bağlı yazılı müraciəti yayılıb. Yazılı müraciət Fransa mətbuatının Hafiz Məmmədovun sağ əli hesab etdiyi Elməddin Əliyev tərəfindən yayılıb.

Müraciətdə "Lans"ın hazırkı prezidenti Jerve Martel kəskin şəkildə tənqid olunur və iddia edilir ki, Məmmədov "Lans"ın Fransanın yüksək liqada iştirakına dair bütün öhdəlikləri yerinə yetirdiyi halda, klub elitaya buraxılmayıb. Bunun da əsas günahkarı kimi Martel göstərilir.

Hafiz Məmmədov müraciətində bildirib ki, bütün bunları nəzərə alaraq, "Lans"ın rəhbər strukturunda dəyişikliklər edəcək. İş adamı iddia edib ki, klubun baş sponsoru kimi onun maraqları təmin olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm