Qurbanov "Qarabağ"ın rəqiblərindən danışdı
Bizi izləyin

İdman

Qurbanov "Qarabağ"ın rəqiblərindən danışdı

APOEL bizə tanış olduğundan bu komandanın oyununa bələdik. “Düdelanj” klubu ilə əvvəllər qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir.

Publika.az xəbər verir ki, bu barədə UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirən “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Baş məşqçi bildirib ki, “Sevilya” klubu isə Avropa Liqasını ən çox qazanmış kollektivdir. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından təhlil etməyə çalışacağıq.

Qeyd edək ki, avqustun 30-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

“Qarabağ” A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, “Qarabağ” cari avrokubok mövsümündə, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). Ağdam təmsilçisi “Düdelanj”ı isə 2016-2017-ci illər mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb - (2:0, 1:1).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm